Avtomobil yandı

28 Sentyabr 2020 12:00 (UTC+04:00)

Kürdəmir rayonunun Qarabucaq kəndində "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.