Meksikada gecə klubuna silahlı hücum nəticəsində azı 11 nəfər ölüb

28 Sentyabr 2020 03:53 (UTC+04:00)
Meksikanın mərkəzində baş verən silahlı hücum nəticəsində azı 11 nəfər ölüb. SİA xəbər verir ki, bu barədə yerli "Milenio" qəzeti məlumat verib. Məlumata görə, hadisə Xaral-del-Proqreso bələdiyyəsində baş verib. Altı nəfərlik bir qrup gecə klubuna hücum edib və nəticədə dörd qadın, yeddi kişi öldürülüb. Hadisə ilə əlaqədar istintaq araşdırmalarına başlanılıb.