Türkiyənin Səhiyyə naziri: Qardaş Azərbaycanın yanındayıq

28 Sentyabr 2020 07:12 (UTC+04:00)

Qanuni cavab vermək üçün hərəkətə keçən qardaş Azərbaycanın yanındayıq.

SİA xəbər verir ki, bu ifadələri Türkiyə Respublikasının Səhiyyə naziri Fahrettin Koca təcavüzkar Ermənistanın hərbi təxribatları nəticəsində yaranmış gərgin vəziyyətlə bağlı sosial şəbəkədəki paylaşımında ifadə edib.

Nazir bildirib: “Ermənistan Azərbaycana xaincə hücum etdi. Ağır bombardmanlar nəticəsində dinc əhali arasında çox sayda yaralı və həlak olanlar var. Dövlətçilik ləyaqəti və insan dəyərlərinə uyğun olmayan bu hücumu qınayırıq. Qanuni cavab üçün tədbir görən qardaş Azərbaycanın yanındayıq”.