Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib - sürücülərdən biri ölüb

28 Sentyabr 2020 02:11 (UTC+04:00)

Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib.

SİA xəbər verir ki, hadisə Zirə qəsəbəsində qeydə alınıb.

Zirə dairəsində "BMW" və "NAZ" markalı avtomobillər toqquşub. Qəza zamanı "NAZ"-ın sürücüsü hadisə yerində dünyasını dəyişib.

BMW-in sürücüsü 30 yaşlı Ağamaliyev Fərid Zabit oğlu ağır xəsarət alıb. Yaralı ağır xəsarət alaraq 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.