Ukrinform İlham Əliyevin Ermənistanın təxribatına dair fikirlərini dərc edib

27 Sentyabr 2020 16:22 (UTC+04:00)

Ukraynanın dövlət Ukrinform informasiya agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın növbəti təxribatına dair fikirlərinə yer ayırıb.

SİA-nın məlumatına görə, məqalədə Azərbaycan Prezidentinə istinadla Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərini qətlə yetirməsi qeyd olunur. Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri əks hücuma keçərək düşmənin canlı qüvvəsini və texnikasını məhv edib.