Ukrayna XİN Dağlıq Qarabağda vəziyyətin kəskinləşməsi ilə bağlı bəyanat yayıb

27 Sentyabr 2020 15:28 (UTC+04:00)

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağda hərbi əməliyyatların başlaması ilə bağlı bəyanat yayıb.

SİA-nın məlumatına görə, bəyanatda Ukrayna XİN-in Ermənistanla Azərbaycan arasında münaqişənin kəskinləşməsindən narahatlığı ifadə olunur.

Nazirlik tərəfləri münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün dialoqa qayıtmağa çağırıb.

Ukrayna XİN həmçinin həlak olanların yaxınlarına başsağlığı verib.