Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik elan edilib

27 Sentyabr 2020 13:04 (UTC+04:00)

Ermənistan hökuməti ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik elan edib.

SİA-nın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz "Facebook" səhifəsində yazıb.

N.Paşinyan bildirib: "Ermənistan Respublikasında hökumətin qərarı ilə hərbi vəziyyət və ümumi səfərbərlik elan edilir. Qərar dərc olunduğu andan qüvvəyə minir".