“Azərbaycan tək deyil” Türkiyə Prezidentinin sözçüsü

27 Sentyabr 2020 11:31 (UTC+04:00)

"Ermənistan Azərbaycanın mülki yaşayış yerlərinə hücum edərək atəşkəsi pozub, sülh və sabitliyə qarşı olduğunu bir daha nümayiş etdirib. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığını qətiyyətlə qınayırıq". SİA-nın verdiyi məlumata görə, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın "Twitter" səhifəsində yazıb. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət təhlükəli təxribatın dərhal dayandırması üçün səsini ucaltmalıdır: "Türkiyə bu hücumların qarşısında Azərbaycanın yanındadır. Hücumlarda həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirik. Azərbaycan tək deyil. Türkiyənin tam dəstəyinə sahibdir".