Koronavirusa daha 64 nəfər yoluxub Qazaxıstanda

27 Sentyabr 2020 10:36 (UTC+04:00)

Qazaxıstanda ötən sutka ərzində 64 nəfərdə koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxıb. SİA-nın verdiyi məlumata görə, aşkarlanan yeni yoluxma halları Nur Sultan (10), Almatı (3) şəhərlərində, Akmolinsk (4), Aktyubinsk (2), Almatı (2), Atırau (4), Şərqi-Qazaxıstan (17), Jambıl (2), Qərbi-Qazaxıstan (2), Karaqanda (4), Kostanay (3), Manqistausk (2), Pavlodar (4), Şimali-Qazaxıstan (5) vilayətlərində qeydə alınıb. Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 107 723 nəfərə çatıb.