Nazirlik ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq edəcək

27 Sentyabr 2020 10:56 (UTC+04:00)

Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün, ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb. Bu barədə SİA-yaNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib. "Azərbaycan vətəndaşlarının münaqişə vəziyyətində internetə bağlı yarana biləcək məhdudiyyətlər səbəbindən anlayış göstərəcəklərinə ümid edirik" deyə məlumatda qeyd olunub.