Suriyanın Türkiyə ilə sərhədi yaxınlığında park edilmiş avtomobildə partlayış baş verib

26 Sentyabr 2020 23:19 (UTC+04:00)

Bu gün Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Ras əl-Ayn şəhərində park edilmiş avtomobildə partlayış baş verib.

SİA "SANA" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində ikisi uşaq olmaqla yeddi mülki şəxs həyatını itirib.

Xatırladaq ki, Ras əl-Ayn şəhərində avqustun 27-də də analoji hadisə baş vermişdi. Partlayış nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.