COVID-19 xəstələrinin müalicəsi üçün hökumət xəstəxanalarda 16 min çarpayı yeri yaradıb - Macarıstan Baş naziri

27 Sentyabr 2020 00:26 (UTC+04:00)

Macarıstan 16 min ventilyator sifariş edib, bunlardan 10 mini yaxın müddətdə ölkəyə gətiriləcək.

SİA xəbər verir ki, bu barədə şənbə günü ölkənin Baş naziri Viktor Orban bildirib. Onun sözlərinə görə, koronavirus pandemiyasının ikinci dalğasının ən pis ssenarisinə hazır olmaq üçün bu tibbi avadanlıqlar imkan verəcək.

O, həmçinin qeyd edib ki, xüsusilə COVID-19 xəstələrinin müalicəsi üçün hökumət xəstəxanalarda 16 min çarpayı yeri yaradıb.