Bu gün ölkəmizdə koronavirusa yoluxan şagird sayı 10 olub

26 Sentyabr 2020 16:59 (UTC+04:00)

Təhsil Nazirliyi bu gün ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxmaya dair məlumat yayıb.

SİA Nazirliyə istinadən bildirir ki, bu gün bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 51 olub. Bədən hərarəti 37 dərəcədən yuxarı olmuş işçi heyətinin sayı isə 1 nəfər təşkil edib.

Bu gün virusa yoluxan şagird sayı isə 10, işçi heyətinin sayı 2 olub.