Bu gün Azərbaycan Premyer Liqasında 4-ci turun növbəti qarşılaşmaları keçirilib.
Qol.az xəbər verir ki, ikinci oyun günündə 2 matç keçirilib. “Səbail” doğma meydanda “Sabah”ı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. Bu, "Səbail"in 2020/2021 mövsümündə ölkə çempionatında ilk qələbəsi olub.
Digər oyunda “Zirə” “ASK Arena”da “Keşlə”nin qonağı olub və rəqibini 3:2 hesabı ilə məğlub edib. Bu qələbə ilə Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda turnir cədvəlində 2-ci pilləyə yüksəlib.
20:15. “Keşlə” – “Zirə” - 2:3
Qollar: Silvio Rodriqes, 10 (1:0), Klesio Bauk, 21 (1:1), Dmitro Klots, 54 (2:1), Klesio Bauk, 68 (2:2), Davit Volkov, 79-pen (2:3)
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Cavanşir Yusifov, Namiq Bəkirov
“ASK Arena”
18:00. “Səbail” – “Sabah” - 2:1
Qollar: Ramil Şeydayev, 27-pen (0:1), Əfran İsmayılov, 56-pen (1:1), Rauf Əliyev, 71 (2:1)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Tural Qurbanov
“ASKO Arena”
27 sentyabr
19:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Fərid Hacıyev
“Dalğa Arena”
25 sentyabr
19:00. “Sumqayıt” – “Qarabağ” - 2:2
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Sumqayıt | 4 | 2 | 1 | 1 | 6-4 | 7 |
2 | Zirə | 4 | 2 | 1 | 1 | 6-6 | 7 |
3 | Sabah | 4 | 2 | 0 | 2 | 6-4 | 6 |
4 | Neftçi | 3 | 2 | 0 | 1 | 4-4 | 6 |
5 | Qarabağ | 4 | 1 | 2 | 1 | 5-4 | 5 |
6 | Keşlə | 4 | 1 | 2 | 1 | 3-3 | 5 |
7 | Səbail | 4 | 1 | 0 | 3 | 5-7 | 3 |
8 | Qəbələ | 3 | 0 | 2 | 1 | 1-4 | 2 |
Əli Qurbani ("Sumqayıt") - 4 qol
Namiq Ələsgərov ("Neftçi") - 3 qol
Mahir Emreli ("Qarabağ") - 2 qol
Ovusu Kvabena ("Qarabağ") - 2 qol
Ramil Şeydayev ("Sabah") - 2 qol
Rauf Əliyev ("Səbail") - 2 qol
Klesio Bauk ("Zirə") - 2 qol
Davit Volkov ("Zirə") - 2 qol