Şəhərin mərkəzində yerləşən küçə və prospektlər, qəsəbələr, çoxmənzilli yaşayış binaların girişləri, mərtəbələrini, uşaq meydançaları, əhali sıxlığı təşkil edən bütün əraziləri, park və xiyabanlar, açıq hava idman qurğuları, habelə poçt şöbələri, bank və bankomatların qarşısında dezinfeksiya işləri aparılıb.
Həmçinin su çiləyən maşınlarla şəhərinin mərkəzi prospekt və küçələri, o cümlədən, Nizami Gəncəvi, Heydər Əliyev, Şah İsmayıl Xətai, Atatürk, Nəriman Nərimanov prospektləri, Azərbaycan bayrağı, Dədə Qorqud Cavadxan və digər küçələri dezinfeksiya edici məhlulla yuyulub.