“Azərbaycanın nağıl aləmi” layihəsi həyata keçirilir

26 Sentyabr 2020 13:07 (UTC+04:00)

Bakı Kitab Mərkəzi Azərbaycanın Rusiyadakı səfirliyi ilə birlikdə Rusiya Dövlət Uşaq Kitabxanasının təşəbbüsü ilə müxtəlif xalqların mədəniyyətinə həsr olunmuş “Salam, qonşu!” adlı silsilə interaktiv tədbirlər çərçivəsində “Azərbaycanın nağıl aləmi” layihəsini həyata keçirir. Mərkəzdən SİA-ya bildirilib ki, layihə çərçivəsində Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri, o cümlədən Xalq artistləri Mabud Məhərrəmov və Mehriban Zəki, Əməkdar artist Nərgiz Cəlilova, Bakı şəhərinin tədqiqatçısı Fuad Axundov, Bakı Kitab Mərkəzinin direktoru, yazıçı-publisist Günel Rzayeva, aktyor, rejissor Kamran Ağabalayev Azərbaycan xalq nağıllarını rus dilində oxuyacaqlar.

"Azərbaycanın nağıl aləmi" layihəsi çərçivəsində nağılları sentyabrın 28-dən oktyabrın 3-dək hər axşam saat 21:00-da Bakı Kitab Mərkəzinin və Rusiya Dövlət Uşaq Kitabxanasının “Facebook” və “Instagram” səhifələrində və “YouTube” kanallarında izləyə bilərsiniz.