Rezidenturaya qəbul üçün ixtisas seçimi başa çatıb

26 Sentyabr 2020 11:16 (UTC+04:00)

2020-2021-ci tədris ilində rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatıb. SİA-nın Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbərinə görə, ümumi ixtisas seçimi etmiş namizədlərin sayı 456 olub.

Onlardan 424-ü Azərbaycan, 32-si rus bölməsindən olan namizədlərdir.

Qeyd edək ki, müsabiqəyə yalnız "Namizədin electron ərizəsi"ndə ixtisasları seçmiş və təsdiq etmiş namizədlər buraxılacaq.