Xəstəxanalıq olan Fəxrəddin Manafovdan xəbər var FOTO

26 Sentyabr 2020 11:40 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Xalq artisti Fəxrəddin Manafovun səhhətində problem yaranıb. SİA-nın məlumatına görə, xəstəxanaya yerləşdirilən aktyorun böyrəyində sancılar olub. Hazırda Manafov özünü yaxşı hiss edir.

Evə buraxılan aktyoru aparıcı Hacı Nuran Hüseynov ziyarət edib. O, F.Manafov və xanımı Vahidə Sadıqova ilə şəkillərini "İnstagram" səhifəsində yayımlayıb. Hacı Nuran bildirib ki, aktyor özünü yaxşı hiss edir: "Dostlarımın xəstəlik xəbəri məni həmişə üzüb. Fəxrəddin Manafovun xəstə olduğunu eşidəndə özümə yer tapmadım. Mütləq yanında olmalı, onu görməli idim. Axı o da mənim kimi narahat adam idi. Mənim xəstə olduğumu eşidən kimi gecə ikən xəstənaya gələn o insanı qapıdan buraxmadıqlarından saatlarla gözləmişdi də ... "Gedin, siz Allah", desəm də o xəstəxana həyətində dayanmışdı. Çünki bilirdi ki, mən oradayam. Elə olan halda mən heç bir dəqiqə belə gecikə bilərdimmi? Əlbəttə, yox. Elə buna görə də Fəxrəddin Manafovun qapısını dərhal döydüm. Onun xəstə vəziyyətini heç görmək istəməzdim. Amma insanlıq halıdır. Xəstələnmək də olur, nasazlıq da ... Vahidə xanım da üzgün idi. Amma məni görən kimi hər ikisinin əhvalı yüksəldi. Danışdıq, güldük... Və sağollaşanda dedi: "Sən gəldin, sağaldım". Əziz insan, hər zaman sağlam və gümrah ol. Sənsiz günümüz olmasın".