Deputat Yevlax rayonunda seçiciləri ilə görüşüb - FOTOLAR

26 Sentyabr 2020 10:33 (UTC+04:00)

48 saylı Yevlax Seçki Dairəsindən deputat seçilmiş İlham Məmmədov 24-25 sentyabr tarixlərdə Yevlax rayon Malbinəsi, Kövər və Qoyunbinəsi kəndlərində və YAP Yevlax Rayon Təşkilatının inzibatı binasında karantin qaydalarına əməl edilməklə seçicilərlə görüş keçirib.

SİA xəbər verir ki, görüşdə seçicilər yaşadıqları ərazilərdə sosial problemlərlə yanaşı, şəxsi məsəllərinin həlli üçün də köməklik istəyiblər. Müraciətlərin bir qismi aidiyyatı qurumlarla birlikdə yerində həll edilmişdir. Digər müraciətlər isə nəzarətə götürülərək həlli üçün müvafiq tədbirlərin görüləcəyi barədə seçicilər məlumatlandırıblar.