"Azərbaycana gələn ildən qaz ixracından yeni gəlirlər gələcək" ÖZƏL-MÜNASİBƏT

26 Sentyabr 2020 10:16 (UTC+04:00)

"Azərbaycanın Avropanın enerji diversifikadiyasında rolu artıqca təzyiqlərin ağırlığı artır. Ölkəmizin enerji sahəsində artan rolu yeni təhdidlərlə üzləşməyə gətirir". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

"Qeyd edim ki, "Cənub Qaz Dəhlizi' və onun seqmentləri olan "TANAP-TAP" boru kəmərləri gələn ildən Avropanın enerji təchizatında mühüm rol oynayacaq. "Şah dəniz -2" qaz kondensat yatağından hasil edilən mavi yanacaq və "Qarabağ" yatağının işlənməsidən sonra Rusiya və İranın Avropaya qaz bazarı bağlana bilər. Bir tərəfdən Mərkəzi Asiyanın xüsusilə, Türkmənistan qazının Avropaya ixracında gündəmdədir. Rusiya və İran "TransXəzər" boru kəmərinin çəkilməsini müvəqqəti əngəlləsədə Türkiyənin burada artan rolu bu boru kəmərinin tikintisinin reallaşmasına və Türkmən qazının TAP qoşulması ilə ciddi geosiyasi və geoiqtisadi dəyişliklər olacaq. Məhz Ermənistanın artan təxribatları, Rusiya və İranın pərdəarxası dəstəyi, məhz geosiyasi və geoiqtisadi layihələrin qarşısını almağa yönəlib.

Azərbaycana gələn ildən qaz ixracından yeni gəlirlər gələcək. Bu gəlirlər ölkənin müdafiə qabiliyyətinin artırılmasına, xarici təhdidlərə qarşı milli birliyin formalaşması üçün xalqın sosial və iqtisadi vəziyyətinin yaxşılaşdırılmasina yönləndirilməlidir. Ölkə ətrafında çox ciddi təhlükəsizliyi təhdid edən çağırışlar var. Bu hələ bir neçə il davam edəcək. Ona görə də artan geopolitik gərginlik mərhələsində ölkənin təhlükəsizliyini bütün aspektlərdən təmin etmək mütləqdir. Əksi isə, ölkəmiz üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Siyasi-iqtisadi və hüquqi islahatlarin keçirilməsi daxili imkanları inkişaf etdirməklə, ölkəmizin mövqeyini gücləndirə bilər"-deyə, politoloq fikrini tamamlayıb.