Fransa və ABŞ-a məxsus gəmilər Qara dənizi tərk edib

26 Sentyabr 2020 05:24 (UTC+04:00)

Fransa Hərbi Dəniz Qüvvələrinin "Dupuy de Lome" kəşfiyyat gəmisi və ABŞ Hərbi Dəniz Qüvvələrinin "USNS Yuma" sürətli nəqliyyat-desant gəmisi Qara dəniz akvatoriyasını tərk ediblər.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, Fransanın kəşfiyyat gəmisi Rusiyanın "Qafqaz 2020" strateji hərbi təlimləri fonunda 9 gün əvvəl Qara dənizə girmişdi.

ABŞ Hərbi Dəniz Qüvvələrinin "USNS Yuma" gəmisi isə sentyabrın 16-sı Rumıniyaya "Patriot" raket hücumundan müdafiə kompleksləri gətirmişdi. Ruməniyadan sonra gəmi Gürcüstanın Batum limanında da olub.