Ermənistanın müxalifət partiyasının lideri həbs edilib

26 Sentyabr 2020 08:18 (UTC+04:00)

Yerevanın ümumi hüquq məhkəməsi "Çiçəklənən Ermənistan" müxalifət partiyasının lideri, biznesmen Qagik Tsarukyanın həbsinə dair qərar verib.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə müxalifət partiyasının lideri vəkili Yerem Sarkisyan deyib.

Y.Sarkisyan bildirib: "Gözlədiyimiz kimi, məhkəmə Qagik Sarukyana qarşı həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib".

Vəkil əlavə edib ki, Tsarukyanın müdafiəçisi apelyasiya şikayəti hazırlayır.