Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib.
SİA xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilir. "Qarabağ" səfərdə "Sumqayıt"la qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb. Bu nəticədən sonra "Sumqayıt" 7 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb, "Qarabağ" isə 5 xalla 4-cüdür.
Qeyd edək ki, turun digər görüşləri 26-27 sentyabr tarixlərində keçiriləcək.
25 sentyabr (cümə)
19:00. “Sumqayıt” – “Qarabağ” - 2:2
Qollar: Əli Qurbani, 52, Camaləddin Xocaniyazov, 54 (2:0), Kvabena Ovusu, 59, Filip Ozobiç, 90+5 (2:2)
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Rövşən Rəcəbov
“Kapital Bank Arena”
26 sentyabr (şənbə)
18:00. “Səbail” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Tural Qurbanov
“ASCO Arena”
20:15. “Keşlə” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Cavanşir Yusifov, Namiq Bəkirov
“ASK Arena”
27 sentyabr (bazar)
19:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Fərid Hacıyev
“Dalğa Arena”
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Sumqayıt | 4 | 2 | 1 | 1 | 6-4 | 7 |
2 | Sabah | 3 | 2 | 0 | 1 | 5-2 | 6 |
3 | Neftçi | 3 | 2 | 0 | 1 | 4-4 | 6 |
4 | Qarabağ | 4 | 1 | 2 | 1 | 5-4 | 5 |
5 | Keşlə | 3 | 1 | 2 | 0 | 1-0 | 5 |
6 | Zirə | 3 | 1 | 1 | 1 | 3-4 | 4 |
7 | Qəbələ | 3 | 0 | 2 | 1 | 1-4 | 2 |
8 | Səbail | 3 | 0 | 0 | 3 | 3-6 | 0 |
Bombardirlər:
Əli Qurbani ("Sumqayıt") - 4 qol
Namiq Ələsgərov ("Neftçi") - 3 qol
Mahir Emreli ("Qarabağ") - 2 qol