Bu gün 13 şagird koronavirusa yoluxub

25 Sentyabr 2020 15:46 (UTC+04:00)

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində COVİD-19-la bağlı bu günə olan vəziyyəti açıqlayıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, bu gün hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 86, işçi heyətinin sayı 3 olub.

Bu gün virusa yoluxmuş şagirdlərin sayı 13, işçi heyətinin sayı 7 nəfər təşkil edib. Distant təhsilə keçirilmiş siniflərin sayı 2 olub. Bu günə qədər distant təhsilə keçən siniflərin sayı 11, məktəb sayı isə 1-dir.