Azərbaycan əhalisinin bank əmanətləri son bir ildə 8 faiz azalıb

25 Sentyabr 2020 15:16 (UTC+04:00)

Bu ilin sentyabr ayının 1-nə Azərbaycan əhalisinin ölkə banklarındakı əmanətlərinin həcmi 7 874,4 mln. manat təşkil edib. SİA-nın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ölkə əhalisinin banklardakı əmanətləri son bir ayda 100,2 mln. manat və ya 1,3% artıb.

Ötən ilin eyni dövrünə nisbətən bu göstərici 687,4 mln. manat və ya 8% azalma deməkdir.