Azərbaycan bank sektorunun kredit qoyuluşları 14 mln. manat təşkil edib

25 Sentyabr 2020 15:14 (UTC+04:00)

Bu ilin sentyabr ayının 1-nə Azərbaycanın bank sektorunun kredit qoyuluşları 14 304,2 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından (AMB) SİA-ya verilən məlumata görə, bu göstərici son bir ayda 99,7 mln. manat və ya 0,7% artıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə isə kredit qoyuluşlarının həcmi 777,8 mln. manat və ya 5,7% artıb. Bu ilin əvvəlinə nisbətən isə kreditlərin həcmi 596,7 mln. manat və ya 4% azalıb.