Telefon mağazasını qarət edən şəxs tutuldu

25 Sentyabr 2020 15:21 (UTC+04:00)

Paytaxtın Nizami rayonunun Babək prospektində yerləşən mağazaların birindən oğurluq etmiş H.Mehmanov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 24-də saat 3 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində yerləşən mağazaların birindən Nizami Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gəlmiş, oradan 3 ədəd mobil telefon oğurlamış şəxs saxlanılıb. Araşdırmalarla onun paytaxt sakini H.Mehmanov olduğu müəyyən edilib. H.Mehmanov araşdırmalar aparılması üçün 23-cü Polis Bölməsinə təhvil verilib.