Keçmiş məhkum 6 evdən, 1 avtomobildən oğurluq edib

25 Sentyabr 2020 15:12 (UTC+04:00)

Kəpəz rayonu ərazisində 6 evdən və 1 avtomobildən oğurluq etməkdə şübhəli bilinən R.Xəlilov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 6 evdən su mühərriki, 1 ədəd velosiped, 1 avtomobildən isə təkər qapaqları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş R.Xəlilov saxlanılıb.