Masallıda yeni dərs ili, yeni tələblər - FOTOLAR

25 Sentyabr 2020 12:51 (UTC+04:00)

Yeni dərs ili başlanan gündən Masallı rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov və əməkdaşları rayonun 44 məktəbində olublar. Əməkdaşlar təhsil müəssisəsində olarkən mövcud vəziyyətlə tanış olub, ara məsafəsi saxlayıb, pandemiya şəraitində dərslərin keçirilmə formasını müşahidə edib və müvafiq tapşırıqlarını veriblər.

Masallı rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov bidirib ki, məktəb rəhbərlərinə tədris və təlim-tərbiyə prosesinin xüsusi karantin rejinin tələblərinə uyğun təşkili, təhsilalanların mütəmadi olaraq “Dərs vaxtı” teledərslərinə və “Virtual məktəb” layihələrinə qoşulmalarına nəzarət etmək, aidiyyati dövlət qurumları ilə birlikdə təhsil müəssisələrində dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirləri mütəmadi həyata keçirilməsi tapşırılıb.

ƏLİHÜSEYN ŞÜKÜROV