ABŞ-ın İrana qarşı sanksiyalarının yeni dalğası başlayır

25 Sentyabr 2020 12:29 (UTC+04:00)

ABŞ hökuməti İrana qarşı sanksiyalarını genişləndirib. SİA-nın məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Belə ki, sanksiya siyahısına üç həbsxana da daxil olmaqla iki İran vətəndaşı və dörd İran təşkilatının adı salınıb.

Siyahıda yer alanlardan biri Şiraz şəhər İnqilab Məhkəməsinin hakimi Seyid Mahmud Sadati, ikincisi Məşhəd şəhər İnqilab Məhkəməsinin hakimi Məhəmməd Soltanidir.