Vəkillər Kollegiyasının Aparat rəhbəri vəzifədən azad edilib

25 Sentyabr 2020 12:15 (UTC+04:00)

Azərbaycan Vəkillər Kollegiyasında kadr dəyişikliyi olub. SİA xəbər ki, bu barədə kollegiyadan məlumat verilib.

Məlumatda bildirilir ki, Vəkillər Kollegiyasının Aparat rəhbəri Fərhad Nəcəfov öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Hazırda bu vəzifənin icrası Vəkillər Kollegiyası Aparatının əməkdaşı Bayram Orucova tapşırılıb.