Aİ-nin xüsusi nümayəndəsi Azərbaycandır

25 Sentyabr 2020 10:57 (UTC+04:00)

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana gəlib. SİA xəbər verir ki, bu barədə T. Klaar "Twitter"də bildirib.

"İki gün davam edəcək görüşlər üçün Bakıdayam. Aİ-nin Cənubi Qafqazda sülh və sabitlikdə böyük marağı var. Gərginliyin azaldılması və ATƏT-in Minsk Qrupu həmsədrlərinin rəhbərliyi ilə ilkin şərt olmadan əsaslı danışıqlar prosesinə qayıtmaq vacibdir", - deyə T. Klaar qeyd edib.