Fəxrəddin Manafov xəstəxanalıq oldu AÇIQLAMA

25 Sentyabr 2020 10:50 (UTC+04:00)

Xalq artisti Fəxrəddin Manafov xəstəxanalıq olub. O, gecə saatlarında Mərkəzi Klinikaya aparılıb. Aktyor böyrək sancılarından əziyyət çəkdiyi üçün həkimə müraciət edib.

F.Manafovun səhhətinin necə olmasını bilmək üçün telefon əlaqəsi saxladıq. SİA-ya açıqlama verən aktyorun xanımı hazırda yaxşı olduğunu deyib: "Fəxrəddin bəyin böyrəyində problem olduğu üçün həkimə müraciət etdik. Həkimlərin səyi nəicəsində F.Manafov hazırda özünü yaxşı hiss edir. Ev şəraitində müalicə alır".