Dövlət siyasətinin ana xətti: insan amili, vətəndaş rifahı…

25 Sentyabr 2020 10:36 (UTC+04:00)

Prezident İlham Əliyev: “Postpandemiya dövrünə də hazır olmalıyıq”

“Ancaq əlbəttə ki, biz postpandemiya dövrünə də hazır olmalıyıq və müvafiq göstərişlər verilibd ir. Postpandemiya dövrü nə vaxt başlayacaq, bunu hələ ki, heç kim deyə bilmir. Ancaq dünyada gedən araşdırmalar, tədqiqatlar, peyvəndlərin üzərində işin aparılması ümidverici siqnallar verir. Onu da bildirməliyəm ki, biz hazırda bir neçə şirkətlə COVID-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal iş aparırıq. Mən ümid edirəm ki, Azərbaycan bu sahədə də peyvəndi əldə edən birinci ölkələr sırasında olacaqdır. Çünki biz artıq bir müddətdir ki, bu məsələ ilə əlaqədar çox fəal iş aparırıq. Ancaq burada əsas şərt bu peyvəndin bütün sınaq mərhələlərindən keçməsidir”. Bunu avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının videoformatda açılışında deyib.

“Hesab edirəm ki, biz o vaxta qədər öz addımlarımızı mövcud vəziyyətə uyğun atmalıyıq”

Bəli bu gün hər şey göz qabağındadır, atılan addımlır, görülən işlər və nəticələr. Dövlət başçısı sözügedən görüşdə də bildirib ki, bu dəhşətli vəziyyət arxada qalıb və postpandemiya dövrünə də hazır olmalı, addımlarımızı mövcud vəziyyətə uyğun atmalıyıq. Həmişə olduğu kimi, dövlət başçımızın vəd etdiyi söz bu günü reallıqda görünməkdədir. Belə ki, elə bu günlərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni gətirilən təcili tibbi yardım avtomobillər deyilənlərin əyani sübutudur. Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olublar.

Qeyd edək ki, koronavirusla mübarizə çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, o cümlədən yeni təcili tibbi yardım avtomobillərinin təminatı vacib amillərdəndir.

Məhz Prezident İlham Əliyevin tapşırığı ilə bu sahədə bütün lazımi işlər görülür. Qeyd edək ki, yeni sifariş olunan təcili tibbi yardım avtomobillərinin ilk hissəsi iyul ayında, növbəti hissəsi isə indi gətirilib. Yeni gətirilən avtomobillər həm sadə, həm də reanimobil kimi dəstləşdirilib. Ambulansların salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir. Avtomobillər bir sıra özünəməxsus özəlliklərə malikdir. Belə ki, «Mercedes Sprinter 416» bazasında təcili tibbi yardım avtomobilləri (reanimobil) avadanlıq və burada göstərilən tibbi yardımın genişliyi baxımından digər ambulanslardan fərqlənir. Avtomobillər bir neçə xərəklə - əsas xərək, çoxfunksiyalı xərək (pilləsiz), scoop xərək, onurğa xərəyi, vakuum xərəyi və pompa, daşıma çadırı, üfürülən, dartma və vakuum şina dəstləri, defibrilyator, portativ süni tənəffüs aparatı, inqolyator, elektrokardioqramma, reanimasiya çantası və s. vasitələrlə təchiz edilib. “Ford Transit” bazasında təcili tibbi yardım avtomobilləri isə ana xərək və döşək, sovurma avadanlığı, oksigen balonu və s. ilə təchiz edilib.

Koronavirusun qarşısının alınmasında ilk atılan addımlar…

Prezident İlham Əliyev 17 il ərzində atdığı bütün addımlarla hər bir azərbaycanlının Prezidenti olduğunu, Azərbaycan dövlətinin hər zaman öz vətəndaşlarının yanında olduğunu isbatlayır. Artıq aylardır ölkədə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Belə bir vaxtda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə ola bilər. “Azərbaycan dünyada bir çox ölkə üçün koronavirusla mübarizənin ən effektiv yollarını axtaran uğurlu modeldir”. Bunu "Caspian Group Holdings"in baş direktoru, amerikalı ekspert Rob Sobhani deyib.

O bildirib ki, bu çox təhlükəli pandemiyanın qarşısını almaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər aktualdır və təqdirəlayiqdir. Amerikalı ekspert, sosial təcrid tədbirlərini, təhlükəsizlik üçün ictimai yerlərin bağlanmasını və insanları evdə qalmağa çağıran peşəkar şəkildə lentə alınan videoları xüsusi qeyd edib.

“Bu tədbirlər sayəsində Azərbaycanda koronavirusdan ölənlərin sayı ümumi əhalinin çox az bir faizini təşkil edir”, - deyə amerikalı ekspert vurğulayıb. R.Sobhani, həmçinin Azərbaycanda karantində olan əhaliyə maddi yardım göstərilməsini yüksək qiymətləndirib: “Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin müdrik qərarı sayəsində vaxtı ilə ölkədə Dövlət Neft Fondu yaradılıb və Prezident İlham Əliyev bu fondun səmərəli işini təmin edib. Buna görə, bu gün xüsusi karantin rejimi zamanı aztəminatlı ailələrə maddi yardım göstərmək üçün kifayət qədər vəsait var”.

Bundan əlavə, amerikalı ekspert qeyd edib ki, koronavirusdan sonrakı dövrdə bütün dünyada, o cümlədən Azərbaycanda da iqtisadi fəaliyyətin mərhələli şəkildə bərpasını təmin etmək lazımdır: “Əminəm ki, Azərbaycan rəhbərliyi karantin rejimindən tədricən çıxmaq və iqtisadi fəaliyyətin tam bərpası üçün effektiv bir plan hazırlayacaq”.

Tedros Adhanom Qebreyesus: “Azərbaycan Prezidentinin ilk andan atdığı uğurlu addımlar insan tələfatının az sayda olmasına səbəb olub”

Ümümdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında Azərbaycanın koronavirus pandemiyasına qarşı həm qlobal, həm də regional mübarizəyə töhfəsindən danışarkən bildirib ki, Azərbaycan Prezidentinin ilk andan atdığı uğurlu addımlar insan tələfatının az sayda olmasına səsə olub. tkilətəşəbbüsü ilə keçirilən videokonfrans formatında toplantıda koronavirusa qarşı mübarizə barədə müzakirələr aparıldığını, özünün də həmin toplantıda iştirak etdiyini bildirib. Tedros Adhanom Qebreyesus bu kimi addımları vacib hesab etdiyini vurğulayıb. ÜST-nin baş direktoru Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizəyə verdiyi qlobal töhfəni yüksək qiymətləndirib. O deyib ki, Azərbaycan qlobal səviyyədə bu mübarizəyə 5 milyon ABŞ dolları vəsait ayırıb. “Mən Azərbaycan Prezidentinin milli, regional və qlobal səviyyədə bu mübarizədə güclü səylərini görürəm. İmkandan istifadə edərək cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm ki, bütün bu üç səviyyədə səyləri birləşdirir, dəstək verir”, - deyə Tedros Adhanom Qebreyesus bildirib.

Göründüyü kimi, xalqımız öz lideri ilə qürur və fəxr etməyə böyük haqqı var

Bir sözlə, Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayacaq və dövlət başçımızın dediyi kimi –“Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaq”.

RƏFİQƏ KAMALQIZI