Azərbaycanda mobil operatorların qazancı nə qədərdir?

25 Sentyabr 2020 09:49 (UTC+04:00)

İnformasiya vә rabitә sahәsindә fәaliyyәt göstәrәn müәssisәlәr tәrәfindәn 2020-ci ilin yanvar-avqust aylarında әvvәlki ilin müvafiq dövrü ilә müqayisәdә göstәrilmiş xidmәtlәrin dәyәri real ifadәdә 1,1 faiz artaraq 1 milyard 413,0 milyon manat tәşkil edib.

SİA-nın məlumatına görə, xidmətin 72,3 faizi әhali tәrәfindәn istehlak olunub.

Xidmәtlәrdәn әldә edilәn gәlirin 42,1 faizi vә ya 595,0 milyon manatı mobil telefon rabitәsi sahәsindә formalaşıb.