Əli Həsənova Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi SƏRƏNCAM

24 Sentyabr 2020 16:45 (UTC+04:00)

Prezident İlham Əliyev Ə.P.Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam İmzalayıb.

Sərəncamla Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Əli Pənah oğlu Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.