Şuşa Teatrı 147-ci teatr mövsümünü açıb

24 Sentyabr 2020 16:15 (UTC+04:00)

Azərbaycan peşəkar milli teatrı olan Şuşa Teatrı 147-ci mövsümünü açıb. Teatrdan SIA-ya verilən məlumata görə, teatrın yaradıcı heyəti teatr mövsümünü milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti–vəziri–xani–Lənkəran” komediyası ilə açıb.

Səhnə əsəri teatrın “Facebook” səhifəsində yayımlanıb.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.