Soyğunçuluq edən keçmiş məhkum tutuldu

24 Sentyabr 2020 15:16 (UTC+04:00)

Sentyabrın 18-də C.Süleymanova qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Vəliyev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də C.Süleymanova qarşı zor tətbiq edib qızıl boyunbağısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Vəliyev saxlanılıb.