Xərçəng olan Nisə Qasımova ilk dəfə əməliyyatından danışdı VİDEO

24 Sentyabr 2020 14:46 (UTC+04:00)

Bir müddət əvvəl səhhətində problem yaranan Xalq artisti Nisə Qasımova ilk dəfə bu haqda danışıb. SİA-nın məlumatına görə, əməliyyat olunduğunu deyən müğənni artıq özünü yaxşı hiss etdiyini bildirib: "Uzun müddətdir heç yerdə görünmürdüm. Bu gündən yenidən varam. Eşitdiyiniz məlumatla bağlı deyim ki, bəli, əməliyyat olundum. Kiçik bir əməliyyat idi. Ağrılarımı gündəmə gətirməyi heç vaxt istəməmişəm. Hər bir insanın başına hər xəstəlik gələ bilər. Düzdür, məndə qorxulu nəsə yox idi. Nisə sevərlər məni gözləyir, gözləməyə dəyər. Yeni mahnılar üzərində çalışmağa başlamışam".