Koronavirusa qarşı peyvənd müjdəsi - Türkiyədən gəldi

24 Sentyabr 2020 14:58 (UTC+04:00)

Türkiyədə koronavirusa qarşı 2 peyvənd namizədinin kliniki sınaqları üçün Səhiyyə Nazirliyinin Dərman və Tibbi Cihaz Qurumundan icazə alınacaq.

SİA-nın məlumatına görə, bunu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Prezident bildirib ki, icazədən sonra peyvəndin kütləviləşdirilməsinə başlanılacaq.

Əldə olunan peyvəndlər 3 mərhələdə sınanacaq. İlk mərhələdə sınaqda məhdud sayda könüllü iştirak edəcək. Növbəti mərhələlərdə isə daha geniş könüllü qrupu üzərində sınaq aparılacaq.

Peyvəndin əks təsirləri olmasa, Ümumdünya Səhiyyə Təşkilatının rəyinə təqdim olunacaq.