Koronavirusa yoluxma dəfələrlə artıb Ermənistanda

24 Sentyabr 2020 14:24 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 374 nəfər artıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, son sutka ərzində 3 nəfər bu xəstəlik səbəbindən ölüb.
Ermənistanda 24 sentyabr tarixinə koronavirus virusuna yoluxanların sayı hədsiz dərəcədə artaraq 48251 nəfərə çatıb. Bu vaxta qədər ölənlərin ümumi sayı isə 1237 nəfərə çatıb.
Hal-hazırda 3748 nəfər koronavirusa yoluxmuş xəstə xəstəxanalarda yerləşdirilib.