Vladimir Putinin Nobel sülh mükafatına namizədliyi irəli sürülüb

24 Sentyabr 2020 13:50 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putinin Nobel sülh mükafatına namizədliyi irəli sürülüb.

SİA-nın məlumatına görə, bunu rusiyalı yazıçı Sergey Komkov bildirib.

O, bununla bağlı müraciəti Nobel komitəsinə sentyabrın 10-da göndərdiyini deyib.

Xatırladaq ki, sentyabrın 9-da ABŞ Prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyi təklif olunmuşdu.

Qeyd edək ki, 2020-ci il Nobel mükafatlarının qalibləri oktyabrın 5-dən açıqlanmağa başlayacaq.