Türkiyə Çin şirkətləri ilə yaxın münasibətlər qurarsa... - ABŞ-dan təhdid

24 Sentyabr 2020 14:11 (UTC+04:00)

Türkiyə Çin şirkətləri ilə yaxın münasibətlər qursa ABŞ-Türkiyə hərbi tərəfdaşlığına ciddi ziyan dəyəcək. SİA-nın məlumatına görə, bunu ABŞ-ın Dövlət Katibi Mayk Pompeo deyib.

“Examiner”ə müsahibə verən dövlət katibi Çinin “Huawei” şirkətinin Türkiyədə təsir dairəsini genişləndirməsinin artmasının pis nəticələrinə gətirib çıxaracağını bildirib: “Bu vəziyyət kibertəhlükəsizlik problemlərinə yol açıb. Türkiyə hərbi münasibətlər mövzusunda zərər görə bilər. Bu, zərərli bir vəziyyətdir”.

“Examiner” məqaləsində Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri aldığı üçün Türkiyənin ABŞ tərəfindən F-35 proqramından çıxarıldığını xatırladıb.