Ərdoğan AB rəsmisi ilə Aralıq dənizi məsələsini müzakirə edib

24 Sentyabr 2020 14:09 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Birliyi Komissarı Ursula von der Leyen ilə videokonfransla görüşüb. SİA xəbər verir ki, Türkiyə-Avropa Birliyi münasibətləri və bölgədəki vəziyyətin müzakirə olunduğu görüş təxminən 40 dəqiqə davam edib.

Prezident Ərdoğan görüşdə Aralıq dənizi probleminin təməlində Yunanıstan və Kiprin yunan kəsiminin maksimalist iddiaları ilə Türkiyənin Şimali Kipr türklərinin haqlarının yox sayılmaq istənildiyinə işarə edib.

Problemlərin həlli üçün əvvəldən bəri dialoqa tərəfdar olan Türkiyənin Yunanıstan ilə problemin həlli üçün görüşlərə hazır olduğunu deyən Ərdoğan diplomatik danışıqlar fürsətinin Yunanıstan tərəfindən korlanmamasını Avropa Birliyi təmsilçisinin nəzərinə çatdırıb.