Bakıda 5 evdən, 2 mağazadan oğurluq edən şəxs tutuldu

24 Sentyabr 2020 13:01 (UTC+04:00)

Oğurluq etdiyinə görə tutulmuş E.Şahbazovun Suraxanı rayonu ərazisindəki 5 evdən, 2 mağazadan və 1 həyətdən oğurluq hadisələrini törətməsi də müəyyən edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oğurluq etdiyinə görə tutulmuş E.Şahbazovun ətrafında Suraxanı RPİ 30-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 5 evdən 340 manat pul, gümüş əşyalar, elektrik təmir alətləri, məişət əşyaları, samovar, 19 ədəd elektrik açarı, kombi aparatı, 50 metr elektrik naqili, 2 mağazadan pul, ərzaq məhsulları, parfümeriya, tütün məmulatı, bəzək əşyaları və 1 həyətdən 30 ev quşu oğurlaması da müəyyən edilib.