İki avtomobil toqquşdu: ölən var

24 Sentyabr 2020 12:47 (UTC+04:00)

Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 22-də saat 10 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Bakı şəhər sakinləri K.Seyfullayevin idarə etdiyi “Niva” və Mirövsət Səmədovun idarə etdiyi “VAZ-21041” markalı avtomobillər toqquşub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş M.Səmədov sentyabrın 23-də orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.