İsmayıllıda avtomobil dərəyə aşdı Ölən var

24 Sentyabr 2020 12:21 (UTC+04:00)

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sentyabrın 23-də saat 21 radələrində İsmayıllı rayonunun Bizlan kəndi ərazisində Bakı şəhər sakini Azər Qədirli idarə etdiyi "Mitsubishi" markalı avtomobili dərəyə aşırıb.

Nəticədə A.Qədirlinin sərnişini olan anası - Əliyyə hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.