68 yaşlı kişi intihar edib

24 Sentyabr 2020 12:05 (UTC+04:00)

Bakıda 68 yaşlı kişi özünü öldürüb. SİA xəbər verir ki, hadisə dünən Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən yaşayış binalarının birində baş verib.

Rayon sakini, 1952-ci il təvəllüdlü Ənvər Eynulov yaşadığı mənzildə özünü asaraq intihar edib. Onun onkoloji xəstə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.