Ermənistanda son sutkada 374 nəfər virusa yoluxub

24 Sentyabr 2020 11:39 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 48 251 nəfərə çatıb. SİA xəbər verir ki, son sutka ərzində 374 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 3 nəfərin ölümü qeydə alınıb. Bugünədək Ermənistanda 945 nəfər koronavirusdan ölüb, 3 748 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.