Qazaxıstanda ölüm hökmü ləğv edildi

24 Sentyabr 2020 10:51 (UTC+04:00)

Qazaxıstanda ölüm hökmü ləğv edilib. SİA xəbər verir ki, bununla əlaqədar olaraq BMT-nin mənzil-qərargahında bu ölkənin BMT-dəki daimi nümayəndəsi Kayrat Umarov Vətəndaş və Siyasi Hüquqlar barədə Beynəlxalq pakta İkinci fakultativ protokolunu imzalayıb.

Daha sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində çıxışı zamanı ölüm hökmünün ləğvi ilə bağlı beynəlxalq protokola qoşulduqlarını elan edib.

Qeyd edək ki, Qazaxıstanda ölüm hökmünün icrası 2003-cü ildə müvafiq moratoriumun tətbiqi ilə dayandırılmışdı.